"Kapital Bank"-dan "Cavanlara qocaman təklif"

2 Fevral 2018 10:31 (UTC+04:00)

Kapital Bank 2 fevral – Gənclər Günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.

Bankdan Publika.az-a verilən məlumata görə, aksiya çərçivəsində Kapital Bank-dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 2%-dək endirim edilir və pulsuz BirKart təqdim edilir.

Həmçinin yaşı 35-dək olan müştərilərdən komissiya haqqı tutulmur. 8500 AZN-dək olan kreditlər zaminsiz verilə bilər. Aksiya 28 fevral 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əməkhaqqı və təqaüdünü Kapital Bank-dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.