Afrindən QARA XƏBƏR: 1 şəhid, 5 yaralı

3 Fevral 2018 20:12 (UTC+04:00)

Suriyanın Afrin bölgəsində terroçuların açdığı atəş nəticəsində Türkiyənin daha 2 əsgəri şəhid olub, 5-i isə yaralanıb.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hərbçilərdən biri Suriyanın şimal-qərbində terrorçularla toqquşma zamanı, digəri isə terrorçuların Türkiyənin Kilis əyalətində hərbi hissəyə hücumu nəticəsində həlak olub. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Yaralı əsgərlərdən birinin vəziyyəti ağırdır. Yaralanan əsgərlər təcili tibbi yardım maşınları ilə Türkiyənin Kilis Dövlət Xəstəxasına yerləşdiriliblər.