Quşçuluq sexi kül oldu - Bakıda

4 Fevral 2018 13:02 (UTC+04:00)

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 720 m2 olan quşçuluq sexinin yanar konstruksiyaları yanıb.

Publika.az xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​