"Barselona"nın qələbə seriyası qırıldı - VİDEO

4 Fevral 2018 21:29 (UTC+04:00)

İspaniya La Liqasının 22-ci turunda Kataloniya derbisi baş tutub.

Publika.az xəbər verir ki, "Espanyol"un qonağı olan "Barselona" oyunun sonlarında məğlubiyyətdən qaça bilib.

Bununla da "Barsa"nın qələbə seriyası 8-ci oyunda qırılıb.

Hazırda 58 xal toplayan "Barselona" liderliyini davam etdirir. "Espanyol" isə 25 xalla 15-ci pillədə qərarlaşıb.