Oğul 72 yaşlı atasını döydü - Daşkəsəndə

6 Fevral 2018 09:06 (UTC+04:00)

Daşkəsən rayonunda oğul atasına xəsarət yetirib.

Rayonun Xoşbulaq kənd sakini, 1946-cı il təvəllüdlü Əliyev Sabir Qafar oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona müvafiq tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. S.Əliyevin sözlərinə görə, oğlu ona dəmir parçası ilə zərbələr endirib.

Faktla bağlı araşdırma aparılır. (apa)