“Tək kişini evimə dəvət etmərəm” - Əməkdar artist - VİDEO

6 Fevral 2018 15:15 (UTC+04:00)

ARB TV-nin "Səhər-Səhər" proqramınının növbəti qonağı Əməkdar artist Şəbnəm Tapdıq olub.

Publika.az xəbər verir ki, müğənni əla küftə-bozbaş bişirdiyini deyib:

“Mən yemək bişirə bilmirəmsə, mətbəxə girmirəm. Bişirəndə isə o mütləq gözəl olmalıdır. İransayağı bozbaş bişirirəm. Uşaqlar dadına baxır, bəyənir”.

Bundan sonra aparıcı Elgiz Əkbərin müğənniyə “bir gün bişirərsən, gələrəm” təklifinə, Əməkdar artsit bu cür cavab verib:

“Mən səni tək necə evə çağırım?! O mənim xarakterimə uyğun deyil ki, mən evdə oturum tək və evə bir kişi dəvət edim. Mümkün deyil bu. Ancaq buradakı qızları götür gəl”.