İsrail paytaxtı raket atəşinə tutdu

7 Fevral 2018 10:50 (UTC+04:00)

İsrail Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yerləşən bir araşdırma mərkəzinə raket zərbələri endirib.

Publika.az xəbər verir ki, bu haqda İsrailin “Haaretz” nəşri yazıb.

Almaniyanın DPA informasiya agentliyinə danışan bir suriyalı səlahiyyətli isə Suriya ordusuna məxsus hava hücumundan müdafiə sistemlərinin İsrailin hücumuna cavab verdiyini bildirib. Məlumata görə, raketlər hədəfə çatmadan zərərsizləşdirilib.

Ömər Dağlı