678 nəfər vəzifə seçməkdən imtina etdi - Dövlət İmtahan Mərkəzi

9 Fevral 2018 19:44 (UTC+04:00)

Yanvarın 11-də B növü vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə təqdim olunan elanın müddəti bugün başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, qeydiyyat müddətində vakant vəzifələr üzrə ümumilikdə 1984 müraciət daxil olub. Test imtahanında B növü vəzifələr üzrə sertifikat alan 992 namizəddən 678 nəfəri vəzifə seçmək hüququndan istifadə edib. Elana çıxarılan 1126 vəzifədən 390 vəzifə üzrə namizədlər tərəfindən müraciət qeydə alınıb. Müsahibələrin keçirilmə qrafiki yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

B növü vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat üçün digər elanlar davam etməkdədir. Müsahibədə iştirak etmək istəyən namizədlər http://eservices.dim.gov.az/dqq/Elan/MsbElanlar keçidi vasitəsilə vakant vəzifələrlə tanış ola və qeydiyyatdan keçə bilərlər.