Tramp polislərin ölümünə görə başsağlığı verdi

11 Fevral 2018 08:38 (UTC+04:00)

Ağ Ev rəhbəri Donald Tramp Ohayodakı atışmada hüquq-mühafizə orqanlarının iki əməkdaşının həlak olması ilə bağlı başsağlığı verib.

Publika.az xəbər verir ki, bu barədə o, "Tvitter" sosial şəbəkəsində yazıb.

"Uestervildə iki polis zabitinə (öldürülüblər - red.) görə dua edirəm və onların ailələrinə, hamıya başsağlığı verirəm", deyə Amerika lideri yazıb.

Daha əvvəl məlum olub ki, Ohayo ştatının Uestervil şəhərində çağırışa gələn iki polis onları gözləyən cinayətkar tərəfindən öldürülüb. Şübhəli şəxs həbs edilib.