Səhiyyə Nazirliyinin vəzifəliləri və həkimlər həbs edildi - DƏRMAN FIRILDAĞI

11 Fevral 2018 23:32 (UTC+04:00)

Moldovanın paytaxtı Kişineuda dərman fırıldağında ittiham edilən 9 nəfər həbs edilib.

Publika.az xəbər verir ki, şəhər məhkəməsinin qərarı ilə 3 nəfər istintaq təcridxanasına göndərilib, 6 nəfər barəsində isə ev dustaqlığı hökmü çıxarılıb.

Həbs olunanlar arasında Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, həkimlər və əczaçılıq şirkətinin nümayəndələri də var.

İstintaq zamanı onlar barəsində ittiham təsdiqlənərsə, barələrində 6 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək. (Azərtac)