Aİ səfiri: "Azərbaycanda seçkilərin açıq və demokratik keçəcəyinə ümid edirik"

16 Fevral 2018 11:39 (UTC+04:00)

Azərbaycan Avropa İttifaqına prezident seçkilərini izləmək üçün dəvət göndərib.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini şərh edərkən bildirib ki, seçkilər hər bir ölkə üçün mühüm prosesdir: "Azərbaycanda baş tutacaq seçkilərin açıq və demokratik keçəcəyinə ümid edirik".