Müğənni xanımın əriylə yeni fotoları

4 İyun 2014 14:36 (UTC+04:00)

Elmira Ələkbərzadənin həyat yoldaşı Emillə fotoları yayılıb. Publika.az-ın məlumatına görə, müğənni həyat yoldaşı ilə çəkdirdiyi fotolarını sosial şəbəkələrdə paylaşıb.

Simalarından xoşbəxtlik yağan cütlük sanki hər kəsə acıq verir. Ailə qurduqları müddətdə yalnız xoş sədaları eşidilən cütlük, görünür, gözə gəlməkdən də qorxmur. Belə olsaydı, Emma həftə səkkiz mən doqquz həyat yoldaşı ilə şəkillər çəkdirib sosial şəbəkədə yerləşdirməzdi. Nə deyirik ki, Allah nəzərdən saxlasın.

Cəvahir Səlimqızı