İqbal Ağazadə bütün müavinlərini istefaya göndərdi

4 İyun 2014 15:45 (UTC+04:00)

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iyunun 4-də yeni sərəncam imzalayıb.

"Qafqazinfo"ya partiyadan daxil olan məlumata görə, sərəncama əsasən Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Siyasi məsələlər üzrə müavini Qasım Həsənov, Təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, İqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, Xaricdə yaşaya Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.

Yaxın zamanlarda yeni sədr müavinləri təyin olunacaq və ictimaiyyətə açıqlama veriləcək.