Reynaldo bu klubla müqavilə imzalayır - 1 illik

18 Fevral 2018 18:36 (UTC+04:00)

"Qarabağ"ın sabiq futbolçusu Reynaldonun yeni klubu bəlli olub.

Publika.az bildirir ki, yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, braziliyalı baxışda olduğu "Aktobe"nin məşqçilər korpusundan müsbət rəy alıb.

Qazaxıstan təmsilçisi sabah "sambaçı" ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Reynaldo bir müddət əvvəl Slovakiyanın "Spartak Trnava" klubuna üz tutsa da, o, burada cəmi 3 həftə qalıb.