Prezident Türkiyədədir

4 İyun 2014 17:34 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün iyunun 4-də Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Bodrum-Milas Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.