Cenk Tosunun komandasından yeni müqavilə

21 Fevral 2018 12:45 (UTC+04:00)

İngiltərə Premyer Liqasında uğurlu nəticələr əldə edən “Everton” heyətini gücləndirməyə davam edir.

Publika.az xəbər verir ki, Türkiyədən Cenk Tosunu heyətinə cəlb edən ingilis klubu mərkəz oyunçusu İdrissa Geye ilə müqavilə müddətini uzadıb.

Klubdan verilən açıqlamada 28 yaşlı seneqallı futbolçunun sözləşməsinin 2022-ci ilə qədər uzadıldığı bildirilib.

İki il öncə “Aston Villa”dan 7 milyon sterlinq qarşılığında transfer edilən Geye 64 matça çıxıb və aktivinə 3 qol yazdırıb. O, komandasında xoşbəxt olduğunu və azarkeşlərini sevdiyini deyib.

Zümrüd