Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edildi

21 Fevral 2018 22:00 (UTC+04:00)

Ukraynanın Sərhəd Xidməti 2021-ci il, fevralın 13-dək Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin ölkəyə girişini qadağan edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub.

M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.