"Türkiyəyə sığınmış 350 min Afrin sakini öz torpaqlarına qayıdacaq"

25 Fevral 2018 18:46 (UTC+04:00)

Suriyanın Afrin bölgəsi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləndikdən sonra 350 min afrinli öz torpaqlarına qayıdacaq.

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım Murat Rəis sualtı qayığının quraşdırılmasına start verilməsi ilə bağlı keçirilən təntənəli tədbirdə bildirib.

B. Yıldırım deyib ki, PYD/YPG terrorçularının zülmü nəticəsində 350 min Afrin sakini illərdir ki, Türkiyəyə sığınıb: "Türkiyə yalnız öz torpaqlarını, sərhədlərinin təhlükəsizliyini qorumur, bölgədə qeyri-sabitliyin aradan qaldırılmasına ciddi töhfə verir".

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə bu il yanvarın 20-də Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün "Zeytun budağı" əməliyyatına başlayıb.