Milyonlarla insan MƏHV OLACAQ - Xüsusi proqram nəticələri QİYMƏTLƏNDİRDİ

26 Fevral 2018 15:00 (UTC+04:00)

ABŞ-ın “National Interest” nəşrinin mütəxəssisləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) Tokioya nüvə zərbəsinin mümkün nəticələrini qiymətləndiriblər.

Publika.az xəbər verir ki, ekspertlər analiz vaxtı Texnologiya İnstitutunda “Nukemap” xüsusi proqramını tətbiq ediblər.

Nəşr qeyd edir ki, Yaponiya KXDR üçün ikinci dərəcəli aktyor olaraq qalır, ABŞ Pxenyanın əsas rəqibi kimi çıxış edir. Bu baxımdan, vurğulanır ki, Şimali Koreyanı əsasən Yaponiya adalarındakı Amerika bazaları maraqlandırır. Ekspertlər əminliyi ifadə edirlər ki, ABŞ-ın hərbi obyektləri Koreya yarımadasında münaqişənin baş verməsi halında əsas rol oynaya bilər. Amerika bazalarının Şimali Koreya hərbçilərinin başlanğıc hədəfi olacağı bildirilir.

Xüsusi halda, ekspertlər ABŞ-ın “Yokota” hərbi obyektinə zərbənin vurulacağına əmindirlər. Baza ilə Yaponiya paytaxtı Tokio arasındakı məsafə 50 kilometrdən də azdır. Belə ssenarinin reallaşması zamanı təxminən 13 min insan həlak olacaq, daha 45 mini zərər çəkəcək. Ancaq, mütəxəssislər güman edirlər ki, nüvə çöküntüləri paytaxta çatmayacaq.

Tokionun Kasumiqaseki rayonunu nüvə zərbəsinin nəticələri daha qorxunc olaraq. Bu rayonda hökumət strukturları yerləşir. Zərbə 24 mindən çox insan həyatına son qoyacaq, daha 91 mini zərər çəkəcək. Ancaq Sindzyukuda yerləşən Yaponiyanın Müdafiə Nazirliyinə zərbə ən dağıdıcı olacaq. Mütəxəssislərin hesablamalarına görə, 57 min insan öləcək, təxminən 128 mini zərər çəkəcək. Ekspertlər vurğulayırlar ki, bu zərbələr ən dağıdıcı olacaq və radioaktiv çöküntü Tokionun ən sıx məskunlaşmış rayonlarına yayılacaq.

Həmçinin, analitiklər qurbanların sayına təsir edə biləcək bir neçə amil qeyd edirlər. Bunlardan biri odur ki, Tokioda nəqliyyat sistemi fövqəladə hallarda müvəqqəti sığınacaq kimi xidmət göstərə bilər. Digər tərəfdən, düzənlik relyef partlayış şahidlərində korluğa və başqa problemlərə gətirib çıxara bilər.

Bütovlükdə nəşr qeyd edir ki, yapon paytaxtına çoxsaylı nüvə zərbəsi nəticəsində on minlərlə insan həlak olacaq, daha milyonlarla insan zərər çəkəcək. Ekspertlər iddia edirlər ki, belə ssenari Tokionun II Dünya müharibəsində görmədiyi nəhəng dağıntılara gətirib çıxaracaq.

Mütəxəssislərin fikrincə, mümkün nəticələrin belə qiymətləndirmələri nüvə silahının nəhəng gücü haqqında xatırlatmadır və nüvə silahlarından tam imtinaya ehtiyacın olduğunu göstərir.

Xatırladaq ki, fevralın 23-də ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına 1 fiziki şəxs, 27 şirkət və 28 gəmi əlavə edilib. “Qara siyahı”ya KXDR şirkətləri ilə bərabər Çin, Tayvan və Sinqapur şirkətləri də salınıb.

Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi isə bildirib ki, KXDR blokadaya müharibə ilə cavab verəcək. Qeyd edilib ki, Pxenyan ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi istənilən blokadanı müharibə aktı kimi qəbul edəcək.

“ABŞ-ın səhv düşünülmüş hərəkətləri bir daha Koreya yarımadasını müharibə astanasına gətirərsə, bundan sonra baş verən hər hansı bir fəlakət bu ölkənin vicdanına buraxılacaq”, - məlumatda deyilib.

Ömər Dağlı