Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

26 Fevral 2018 17:15 (UTC+04:00)

Bu gün saat 17:00-da Xocalısoyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Publika.az xəbər verir ki, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.