5000-dən çox "Audi" geri çağırılır

28 Fevral 2018 04:58 (UTC+04:00)

"Volkswagen Group Rus" şirkəti Rusiyada 5000-dən çox "Audi" markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar əlavə qızdırıcı elementin işində yaranan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, bu qüsur nadir hallarda qurğuların əriməsinə və yanmaya səbəb ola bilər.

Qeyd edək ki, geri çağırılma 2011-2016-cı illər arasında Rusiyada satılmış A4, A5 və Q5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.