İsa Qəmbər Türkiyəyə getdi - Müayinə üçün

28 Fevral 2018 09:50 (UTC+04:00)

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedib.

Publika.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, İ.Qəmbəri Müsavat Partiyasının başqanı Arif Hacılı və Mərkəzi Klinik Xəstəxananın həkimi müşayiət edir.

İ.Qəmbər Ankaradakı xəstəxanaların birində müayinə olunacaq.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib.