Rusiyada yaşayış binasında partlayış - Ölən var

28 Fevral 2018 22:17 (UTC+04:00)

Rusiyanın Taqanroq şəhərində yaşayış binasında partlayış olub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insidentin mənzillərdən birində baş verdiyi bildirilir.

Hadisə nəticəsində bir nəfərin öldüyü təsdiqlənib. Partlayışın səbəbləri müəyyənləşdirilir.