Ağa Musa Nağıyev anılacaq

1 Mart 2018 18:50 (UTC+04:00)

Martın 4-də Azərbaycanın məşhur milyonçusu Ağa Musa Nağıyevin xatirəsi anılacaq.

Ağa Musa Nağıyevin nəvəsi, tədqiqatçı Dilarə Nağıyevanın Publika.az-a verdiyi məlumata görə, milyonçunun vəfatının 99-cu ildönümü ilə bağlı anım tədbiri Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində onun məzarı önündə keçiriləcək.

2011-ci ildə Dilarə Nağıyeva məşhur milyonçunun Kərbəla arzusunu məcazi mənada reallaşdırmaq məqsədilə onun qəbri üzərindən götürülən torpağı Kərbəlaya göndərib.

Tədbir iştirakçılarını Biləcəriyə aparacaq avtobus saat 10:00-da "Azad qadın" heykəlinin yanında, 18 saylı məktəb tərəfdə olacaq.

Qeyd edək ki, 2016-cı ildə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə aparılan bərpa işlərindən sonra Ağa Musa Nağıyevin qəbirüstü abidəsi ucaldılıb.

Xatırladaq ki, Ağa Musa Nağıyev 1919-cu ilin martın 4-də vəfat edib.

Məlumat üçün bildirək ki, 2019-cu ildə milyonçunun vəfatının 100-cü ildönümü olacaq.