Mərdəkanda zəncirvari yol qəzası

2 Mart 2018 02:33 (UTC+04:00)

Axşam saatlarında Bakının Xəzər rayonu ərazisində 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası olub.

“Report” xəbər verir ki, Mərdəkan qəsəbəsidə baş vermiş qəza nəticəsində xəsarət alan olmayıb.

Avtomobillərə ciddi ziyan dəyib. Hazırda hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.