Ankaradan Yunanıstana SƏRT REAKSİYA: Afinada Türkiyə bayrağı YANDIRILMIŞDI - VİDEO

7 Mart 2018 12:30 (UTC+04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi Afinada Türkiyə bayrağının yandırılmasına sərt reaksiya verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazirlikdən verilən bəyanatda irqçi bir partiya tərəfindən bayrağın yandırılmasının şiddətlə qınandığı bildirilir.

“Yunanıstan hakimiyyətinin günahkarların tezliklə saxlanılmasını və məhkəmə qarşısına çıxarılmasını gözləyirik”, - bəyanatda deyilir.

Xatırladaq ki, martın 5-də Yunanıstanın radikal sağçı “Hrisi Avqi” (“Qızıl Şəfəq”) Partiyasının rəhbəri, milıət vəkilləri və partiyanın tərəfdarları Türkiyə səfirliyi istiqamətində hərəkət etmək istəyiblər. Lakin çevik qüvvələri tərəfindən təxminən 500 nəfərlik qrupun səfirliyin qarşısına yürüşünün qarşısı alınıb.

Onlar daha sonra Türkiyə bayrağını yandıraraq, “Türkləri unutmuruq, intiqam alacağıq” deyiblər.

Ömər