Gəncədə ata maşınla 2 yaşlı oğlunun üstündən keçdi (YENİLƏNDİ)

9 Mart 2018 09:54 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Gəncə şəhərində atanın 2 yaşlı uşağını avtomobilə vuraraq öldürməsi ilə bağlı məlumat yayıb.

Publika.az -a daxil olan məlumatda bildirilir ki, martın 8-də, saat 8 radələrində Gəncə şəhərində yaşayan Səbuhi İsmayılov evinin qarşısında idarə etdiyi “QAZel” markalı avtomobillə yola qəflətən çıxmış oğlu, 2 yaşlı İsmayılı vurub və nəticədə uşaq hadisə yerində ölüb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

***

Gəncədə ata avtomobilini arxaya verərkən 2 yaşlı oğlunun üstündən keçərək onu öldürüb.

Şəhər sakini Səbuhi İsmayılov idarə etdiyi "QAZel" markalı avtomobillə ehtiyatsızlıqdan 2 yaşlı oğlu İsmayıl İsmayılovu vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (report)