9 yaşlı Yusif 6 yaşlı bacısını GÜLLƏLƏDİ - DƏHŞƏT

10 Mart 2018 16:25 (UTC+04:00)

9 yaşlı uşaq Yusif ov tüfəngi ilə bacısını vurub.

Publika.az xəbər verir ki, atasının ov tüfəngi ilə oynayan 9 yaşlı B.Yusif ehtiyatsızlıqdan 6 yaşlı bacısı B.Zeynəbi vurub. Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib.

Hadisə Türkiyənin Aydın adlanan bölgəsinin Qaraca rayonunda baş verib. Xəstəxanaya çatdırılan qız təcili əməliyyata alınıb. Həyati riskinin olmadığı bildirilib.

Faktla bağlı araşdırma başladılıb. Polislər tərəfindən hadisə yeri incələnib, tüfəng isə cinayət aləti olaraq istintaqa təhvil verilib.

Könül Cəfərli