Tramp Tillersonu istefaya göndərdi

13 Mart 2018 16:54 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Tramp Tvitter səhifəsində bildirib.

“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo yeni dövlət katibimiz olacaq. O, fantastik işlər görəcək. Reks Tillersona xidmətlərinə görə təşəkkür edirəm”, - Tramp yazıb.

Pompeonu isə MKİ postunda Cina Hespel əvəz edib.

Ömər