Olimpiya Stadionunun yaxınlığında avtomobil yandı - Tıxac var

13 Mart 2018 20:49 (UTC+04:00)

Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bu səbəbdən də metronun "Koroğlu" stansiyasından hava limanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.