AMEA və tabeliyində olan elmi müəssisə və təşkilat işçilərinin maaşları artırıldı

15 Mart 2018 09:07 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələri, həmçinin onların tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.

Publika.az xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərara görə, yeni əməkhaqları aşağıdakı şəkildə müəyyən edilib:

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 143
2 146
3 149
4 152
5 155
6 161
7 167
8 174
9 182
10 190
11 198
12 206
13 216
14 231
15 251
16 294
17 396
18 535
19 825

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 160
2 168
3 176
4 184
5 192
6 200
7 208
8 216
9 227
10 240
11 253
12 267
13 281
14 306
15 335
16 388
17 495
18 634
19 875

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.