İraqda ABŞ-ın hərbi vertolyotu qəzaya uğradı

16 Mart 2018 05:15 (UTC+04:00)

İraqın Suriya ilə sərhədi yaxınlığında ABŞ-a məxsus "HH-60 Black Hawk" tipli hərbi vertolyot qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə Amerika komandanlığına istinadən ABC telekanalı məlumat yayıb.

Hava gəmisinin göyərtəsində 7 nəfərin olduğu bildirilir. Telekanalın məlumatına görə, vertolyot vurulmayıb.

Hazırda ölən və xəsarət alanların sayı barədə məlumat yoxdur.

Hadisənin səbəbləri araşdırılır.