Sabirabadda iki tüfəng polisə verildi

20 Mart 2018 12:10 (UTC+04:00)

Sabirabadda iki tüfəng könüllü olaraq polisə təhvil verilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Qarağac kənd sakinləri Namiq Orucov və Müşfiq Nəbiyev 2 ədəd "İJ-16" markalı tüfəngi könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.