Müsəlman kosmonavtlar hazırlanacaq

21 Mart 2018 21:24 (UTC+04:00)

Bu gün Rusiya Dövlət Kosmos Korporosiyasının ("Roskosmos") rəhbəri ilə Bəhreyn Hərbi hava qüvvələri generalı görüşüb.

Publika.az xəbər verir ki, Baykonur Kosmodromunda baş tutan görüş zamanı "Roskosmos" rəhbəri İqor Komarov ilə general Məhəmməd bin-Salman Xalif birgə həyata keçirilməsi planlaşdırılan kosmik layihələri müzakirə ediblər.

Müzakirə əsasında Beynəlxalq Kosmik Stansiyada bəhreynli kosmonavtların uçuşa hazırlanması haqqında fikirlər səsləndirilib. Müsəlman kosmonavtların yetişdirilməsi istiqamətində işlərin görülməsinə ilkin reaksiyalar kifayət qədər müsbət olub.

Mediada yayılan məlumat Beynəlxalq Kosmik Stansiya tərəfindən rəsmi şəkildə təsdiqlənib.

Könül Cəfərli