Bu üsulla ağrılardan xilas ola bilərsiniz: İNANILMAZ ARAŞDIRMA

24 Mart 2018 12:33 (UTC+04:00)

Ac qalmaq ağrı hissini azaldır. Bəli, səhv oxumadınız. ABŞ alimlərinin apardığı araşdırmaya görə, ağrı hissləri ilə aclıq hissləri arasında əlaqə var.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pensilvaniya universitetinin alimləri siçanlar üzərində araşdırma apararaq bu qənaətə gəliblər.

Alimlər bildirir ki, beyində aclıqla bağlı bəzi neyronlar ağrıya qarşı dözümlülük yaradır. Aclıq ağrı hissi və buna verilən reaksiyanı əngəlləyən sinir sistemini hərəkətə keçirir. Siçanlar üzərində aparılan araşdırma zamanı beynin heyvanın ac olduğu zaman xroniki ağrıları boğmaq üçün sinirlərdən faydalandığını göstərib.

24 saat ac qalan siçanların iltihabi ağrılara, qarnı tox olan siçanlara nisbətən daha az reaksiya verdiyi müəyyən edilib. Onların reaksiyasının ağrıkəsici verilən siçanlarla uyğun olduğu sübut edilib.

Gülxar