Minlərlə insan binalara və yarımtikililərə bu səbəbdən çıxdı - Maraqlı görüntülər

26 Mart 2018 12:06 (UTC+04:00)

Türkiyənin Artvin şəhərində Regional Həvəskar Liqası çərçivəsində “Artvin Hopaspor” ilə “Qars 36 Spor” komandaları çempionluq uğrunda mübarizə aparıb.

Publika.az xəbər verir ki, matçın ən yadda qalan detalı isə azarkeşlər olub.

Qarşılaşmanı böyük maraqla gözləyən 15 000 “Hopaspor” azarkeşi matçı tribuna ilə yanaşı, stadionun ətranfındakı binalardan və yarımtikililərdən izləyib. Onlar təhlükəsizlik qaydalarına riayət etmədən ətrafdakı hündür yerlərdən komandalarına azarkeşlik edib.

Qarşılaşma 2:0 hesabı ilə ev sahibinin xeyrinə başa çatıb.

Zümrüd