Rusiyadakı yanğında azərbaycanlılar olubmu? - XİN

26 Mart 2018 11:24 (UTC+04:00)

Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş yanğında xəsarət alan və ölənlər sırasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması araşdırılır.

Bunu "Report"a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Fövqəladə hallar Nazirliyinin Böhran vəziyyətlərində idarəetmə mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar. Əlavə məlumat olduğu təqdirdə KİV-ə bildiriləcəkdir". - H. Hacıyev bildirib.

Xatırladaq ki, Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfər çatıb. Faciə nəticəsində daha 43 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib və 27 itkin düşüb.