İsrail xəfiyyəsi ABŞ-ın ŞOK PLANININ ÜSTÜNÜ AÇDI: 2030-cu ilə qədər dünyanı...

29 Mart 2018 13:59 (UTC+04:00)

ABŞ-ın Rusiyaya qarşı son hücumlarının arxasında Çinin müttəfiqini sındırmaq cəhdi dayanır.

Publika.az xəbər verir ki, bunu “Rossiya 1” kanalının efirində İsrailin kəşfiyyat idarəsi "Nativ"in keçmiş rəhbəri, ekspert Yakov Kedmi bildirib.

“Kissincer (1969-1977-ci illərdə ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun administrasiyalarında əvvəlcə milli təhlükəsizlik üzrə müşavir, daha sonra dövlət katibi vəzifələrində çalışan Henri Kissincer. Xarici siyasət, geosiyasət, təhlükəsizlik məsələləri ilə bağlı onun tövsiyələrinə bu gün də ABŞ prezidenti administrasiyasında diqqət yetirilir – red.) Çin və ABŞ-ın SSRİ-yə qarşı birləşməsinə nail oldu. Amma həmin vaxt Çin Birləşmiş Ştatlar üçün təhlükə deyildi. Çin bir alət idi. Bu gün isə vəziyyət dəyişib və bütün Amerika strateqləri danışırlar ki, 2030-cu ildən başlayaraq, Çin məğlubedilməz olacaq”, - ekspert deyib.

Onun sözlərinə görə, Çin hazırda ABŞ üçün ən böyük siyasi, iqtisadi və hərbi təhlükədir:

“Çin 10 atom təyyarədaşıyan gəmini tikməyə hazırlaşır, ABŞ-da isə cəmi 11 təyyarədaşıyan gəmi var. ABŞ-ın Çini “yerinə oturmağa” məcbur etmək üçün 2030-cu ilə qədər vaxtı var və bunun üçün Rusiyaya daha aktiv müqavimət göstərmək lazımdır”.

Ekspert qeyd edir ki, Rusiya energetika, xammal və hərbi baxımdan Çinin “arxasıdır”.

Çin və Rusiyanın müdafiə nazirləri arasında yaxşı münasibətlər var. Buna görə də ABŞ-ın bütün gücləri Rusiyaya qarşı yönəldilib. Çinlilər Şərqin nümayəndələri kimi bunu yaxşı anlayırlar və vaxtı uzadırlar. Çünki vaxt onlara işləyir”, - İsrail eksperti yekunlaşdırıb.

Ömər Dağlı