Gəncədə 24 yaşlı gənc bıçaqlandı

30 Mart 2018 01:16 (UTC+04:00)

Gəncədə yerli sakin bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 24 yaşlı Əkbərov Muzamil İlham oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Qarın nahiyəsindən bıçaqlanan şəxsin hansı şəraitdə və kim tərəfindən xəsarət aldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.