PKK Türkiyədə hərbi bazaya hücum etdi: 6 şəhid, 7 yaralı (YENİLƏNDİ)

30 Mart 2018 10:09 (UTC+04:00)

PKK silahlıları Türkiyənin cənub-şərqində, Siirt vilayətindəki hərbi hissəyə hücum ediblər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 6 mühafizəçi türk hərbçi həlak olub, 4 mühafizəçi və 3 əsgər yaralanıb.

Türkiyə Silahlı Qüvvələri bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün dərhal əməliyyata başlayıb.

Xatırladaq ki, ötən gün Diyarbəkirdə PKK-çıların avtomobil karvanını atəşə tutması nəticəsində 6 türk hərbi qulluqçu xəsarət almışdı.