Fələstində matəm elan edildi

30 Mart 2018 23:12 (UTC+04:00)

Fələstin prezidenti Mahmud Abbas ölkədə matəm elan edib.

Publika.az xəbər verir ki, matəm Qəzza zolağı və İsrail sərhəddindəki toqquşmalarda fələstinlilərin həlak olması ilə əlaqədar elan edilib.

Toqquşmalar zamanı 14 fələstinlinin öldürüldüyü, 1200 nəfərə yaxının isə yaralandığı bildirilir.