ABŞ-da azərbaycanlı milyarderin... - 521 milyonun SAHİBİ OLDU

2 Aprel 2018 11:22 (UTC+04:00)

ABŞ-da naməlum şəxs “Mega Millions” lotereyasında 521 milyon dollar udub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Fox News” telekanalı bildirib.

Lotereyanın rəsmi Tvitter səhifəsində deyilir ki, “xoşbəxt” bilet Morris qraflığında Riverdeyl şəhərətrafında “Lukoyl” yanacaqdoldurma stansiyasında satılmışdı.

Biletin sahibi uduşu almaq üçün indiyə kimi müraciət etməyib. Yalnız məlumdur ki, o, bütün uduşlu nömrələri - 11, 28, 31, 46, 59 və “Mega Ball” nömrəsi olan 1-i tapmağı bacarıb.

Qeyd edək ki, Rusiyanın “Lukoyl” şirkətinin rəhbəri azərbaycanlı milyarder Vahid Ələkbərovdur.

Ömər