İstanbulun mərkəzində xəstəxana yanır

5 Aprel 2018 19:06 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində xəstəxanada yanğın başlayıb.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, yanğın Taksim Elmi Tədqiqat Xəstəxanasının damında başlayıb.

Güclü yanğın daha sonra binanın mərtəbələrinə keçib.

Xəstəxanadakı xəstələr və tibbi personal təxliyə edilib. Ətrafdakı binalar da boşaldılır.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Yanğının başvermə səbəbləri və hadisə nəticəsində zərərçəkənlərin olub-olmadığı barədə hələlik məlumat yoxdur.