Daha bir tikinti şirkəti ilə bağlı cinayət işi məhkəməyə göndərildi

6 Aprel 2018 11:00 (UTC+04:00)

"Xudafərin" MTK-nın vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb.

Şirkətin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib.

İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə aprelin 13-də baxılacaq. (apa)