Lerikə 1 milyon manat ayrıldı - Su təchizatı yaxşılaşdırılır

6 Aprel 2018 18:10 (UTC+04:00)

Prezident İlham Əliyev aprelin 6-da “Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncama görə Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.