Avtomobil yaşayış evinə çırpıldı: 2 ölü, 2 yaralı

7 Aprel 2018 22:39 (UTC+04:00)

Fransanın şimalında Lessel kommunasında avtomobil yaşayış evinə çırpılıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 2-si həlak olub, 2-si isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Məlumata əsasən, evdə olan 74 yaşlı qadın hadisə nəticəsində xəsarət almayıb.