Sumqayıtda fəhlə işlədiyi binadan yıxıldı

8 Aprel 2018 08:39 (UTC+04:00)

Sumqayıt şəhərində istehsalatda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, 1970-ci il təvəllüdlü yerli sakin Rüstəmov Saleh Novruzəli oğlu Yaşıldərə yaşayış massivində fəhlə işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Fəhlə müayinə olunaraq əməliyyat edilib. Hazırda zərərçəkmişin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.