Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ - İnsanlar küçədə gecələdi - FOTO

8 Aprel 2018 10:50 (UTC+04:00)

Türkiyənin Bolu bölgəsində 4,8 bal gücündə zəlzələ olub.

Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə 01.16-da qeydə alınıb. Zəlzələnin episentri Ankaradan 147 km şimal-qərbə düşüb. Ocaq yerin 2 km. dərinliyində yerləşib.

Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.