Dumada kimyəvi silah tətbiq edildi: 70 nəfər öldü

8 Aprel 2018 11:28 (UTC+04:00)

Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfər ölüb.

Publika.az xəbər verir ki, zəhərli qazla əlaqədar ölənlərin sayının artacağı istisna edilmir.

Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.