Almaniyada 4 şübhəli saxlanıldı - Terrora görə

8 Aprel 2018 19:16 (UTC+04:00)

Almaniya hüquq-mühafizə orqanları Berlində keçiriləcək marafon zamanı terror aktı törətməyi planlaşdıran 4 nəfəri saxlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şübhəli şəxslər uzun müddət müşahidə altında olub.

Saxlanılanlardan biri 2016-cı il dekabrın 19-da Almaniya paytaxtında Yeni il yarmarkasında terror aktı törətmiş tunisli Anisa Amrinin yaxın tanışıdır.